loading
Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) Moskvada
  • Dərhal yüngüllük.

  • Fəsadlara son.

  • Rusiya Federasiyası, MDB və Avropa ölkələrində UAE-nın həyata keçirilməsi üzrə ən geniş fərdi təcrübəyə sahib həkimlər.

  • ABŞ istehsalı olan ən yaxşı və müasir EMBOZENE preparatından istifadə.

  • Xarici xəstələr üçün biz müşayiət üzrə xidmətlər təqdim edirik (Rusiyaya viza əldə etməkdə, səfərin planlaşdırılmasında yardım, hava limanında qarşılanma və yola salınma, Moskva ərazisində yaşayış yeri seçməkdə yardım, lazımi dil üzrə tərcüməçi xidmətləri, tələb üzrə digər xidmətlər).

  • Avropa Klinikasında (Moskva) UAE-nın tam dəyəri - 2480 Avro!

Pulsuz zəng sifariş et

Hörmətli xanım müştərilərimiz! Nəzərinizə çatdırırq ki, bütün şifahi müraciətlər, müalicə üçün yazılı sorğular və tibbi sənədlər ingilis və rus dillərində olmalıdır. Azərbaycan dilində olan informasiya Sizə məlumat məqsədilə təqdim olunur. Bizim əməkdaşlarımız ingilis və rus dillərində danışır. Lakin Moskvaya gəldiyiniz halda Sizə müalicə edə həkimlə ünsiyyətinizi təmin edəcək azərbaycan dilində danışan şəxsi tərcüməçi təqdim olunacaq. Anlayışınız üçün təşəkkür edirik!

Məlumat

  • Mioma haqqında
  • Diaqnostika
  • Müalicə üsulları
  • UAE
  • UAE-dan sonra
Mioma haqqında

Uşaqlığın mioması qadınlarda rast gəlinən ən yayılmış ginekoloji xəstəliklərdən biridir. Hesab olunur ki, qadınların 87% -da uşaqlığın miomasıola bilər, lakin o, hər hansı şikayətlərlə yalnız 30 yaşdan yuxarı qadınların 30-55%-də özünü biruzə verə bilər. Yəni əksər qadınlarda uşaqlığın mioması müəyyən müddət simptomsuz keçir.
Uşaqlığın mioması uşaqlığın divarlarında əmələ gələn, əzələ və ya lifli toxumalardan ibarət ayrı-ayrı və ya cəm halında olan möhkəm düyünlərdir. Onlar uşaqlığın müxtəlif bölmələrində əmələ gələ bilər, bu da xəstəliyin klinik təzahürünə təsir göstərir.
Vacibdir
Bu, xoşxassəli törəmədir. Mioma heç vaxt bədxassəli şişə çevrilmir və bədxassəli şişlərin əmələ gəlmə riskini artırmır.
Yerləşdiyi yerə görə miomaların növü
Miomaların aşağıdakı növləri seçilir: Subseroz düyün – uşaqlığın xaricində əmələ gəlir, bu cür düyünlərin çox vaxt heç bir əlaməti olmur; intramural və ya əzələarası – bu yerləşmə zamanı düyünlərin ölçüləri və onların miqdarı böyük əhəmiyyət kəsb edir və həmçinin selikaltı (submukoz) – uşaqlıq boşluğuna bitir və onu deformasiya edir. Selikaltı düyünlər çox vaxt uzunmüddətli və ağır keçən aybaşı ilə özünü biruzə verir.
Səbəblər
Uşaqlığın miomasının əmələ gəlməsisəbəbləri hələ dəqiq müəyyən edilməyib. Bəzi məlumatlara əsasən, uşaqlığın mioması çox vaxt cinsi orqanlarının iltihabi xəstəliklərini keçirtmiş, abortlara, uşaqlıq üzərində cərrahi əməliyyatlara məruz qalmış, və həmçinin doğuşla bitən hamiləliyi az olan qadınlarda əmələ gəlir. Genetik meylin mövcudluğu da inkar olunmur.
Əlamətləri
Uşaqlığın miomasının ən geniş yayılmış əlamətləri uzunmüddətli və ağır keçən aybaşı, sidik kisəsinə təzyiq hissi, qarın altında ağırlıq hissi və ağrılar, və həmçinin qarının böyüməsi. Bir sıra hallarda uşaqlığın mioması hamiləliyə və doğuşa çane ola bilər.

Diaqnostika

Uşaqlığın miomasının ən asan diaqnostik üsulu USM-dir. Yadda saxlamaq vacibdir ki, uşaqllğın mioması uzun müddət özünü biruzə verməyə bilər, buna görə də bütün qadınlar 20 yaşından başlayaraq hər il uşaqlığın USM müayinəsini aparmalıdırlar. İrəliləmiş xəstəlik halında, uşaqlığın mioması düyünlərinin ölçüləri böyüdükdə onları kresloda aparılan standart müayinə zamanı da hiss etmək olar, lakin xəstəliyin ilkin mərhələlərində kiçik düyünləri belə müəyyən etmək olmur. Ağır hallarda USM müayinə ilə yanaşı MRT müayinəsi də tətbiq olunur.

Müalicə üsulları

Uşaqlığın miomasının müalicəsinə yanaşma son illər ərzində əhəmiyyətli dərəcədə dəyişmişdir. Əvvəllər düyünlərlə birlikdə bütövlükdə uşaqlığın cərrahi üsulla xaric edilməsi kimi radikal üsul geniş yayılmışdır. Belə əməliyyat hazırda tətbiq olunsa da, bu, nadir hallarda baş verir.
Uşaqlığın bütovlükdə xaric edilməsinə göstəriş yalnız xəstəliyin çox ağır irəliləmiş hallarında, miomanın düyünləri böyüyərək uşaqlığı çox nəhəng ölçülərədək böyütdükdə (qarın boşluğunu dolduraraq), və ya mioma ilə yanaşı başqa bədxassəli ginekoloji xəstəliklər olduqda verilir.
Uşaqlığın xaric edilməsinin qarşısının alınması arzuolunandır, çünki uşaqlıqla birlikdə yumurtalıqların da xaric edilib-edilməməsindən asılı olmayaraq gələcəkdə yarıdan çox qadınlarda hormonal çatışmazlıqla şərtlənən ağır sindrom əmələ gəlir, həmçinin infarkt və insult kimi ürək-damar xəstəliklərinin riski çoxalır.
Miomektomiya – məhdud tətbiq
Düyünlərin xaric edilməsi şəklində uşaqlığın miomasının cərrahi müalicəsi üsulu iki yolla aparılır – laparotomik – bu zaman qarın üzərində kəsik həyata keçirilir və cərrah birbaşa əlləri ilə əməliyyat edir və laparoskopik - əməliyyat qarında açılan 3-4 kiçik dəlik üzərindən nazik alətlərlə kameranın nəzarəti ilə həyata keçirilir. Əksər hallarda sonuncu əməliyyat növü tətbiq olunur. Düyünlərin uşaqlıqdan xaric edilməsi yalnız qadının yaxın zamanda ana olmağı düşündüyü halda məqsədəmüvafiqdir. Başqa sözlə desək, miomektomiya – konkret hamiləliyin həyata keçirilməsi üçün uşaqlığın müvəqqəti restavrasiyasıdır. Bu müalicə üsuluna bu cür yanaşma əməliyyatdan sonra əmələ gələn residivlərin yüksək tezliyi ilə əlaqədardır. Onların tezliyi ildə 7-14%-dək çatır (keçid), yəni müalicədən bir neçə il sonra uşaqlığın mioması problemini yenidən həll etmək lazım olacaq. Miomektomiyadan sonra miomanın residivi 50%-dən çox xəstələrdə baş verir.
Əlavə olaraq başa düşmək lazımdır ki, düyünlərin uşaqlıqdan xaric edilməsi uşaqlıqda çapıqlar saxlayır ki, onlar da hamiləliik və doğuş zamanı cırıla bilər. Uşaqlıqda düyünlər nə qədər çox olsa və onlar uşaqlıq divarının qalın layında nə qədər dərin yatsalar, uşaqlığın travmasa bir o qədər böyük olar və sonrakı hamiləlik bir o qədər riskli olacaq. Bundan əlavə, cərrahi müalicə narkozla, qarın boşluğunda aparılan manipulyasiyalarla (qanaxma, iltihab, bağırsaq yaraları) və həmçinin trombotik ağırlaşmalarla əlaqəli ciddi riskin mövcudluğu ilə bağlıdır. Cərrahi müdaxilədən sonra reabilitasiya 2 aya yaxın müddəti əhatə edir.

UAE

Uşaqlıq arteriyalarının embolizasiyası – uşaqlığın miomasının ən müasir üsuludur, baxmayaraq ki, onun tibbdə ilk tətbiqi hələ ötən əsrin 70-ci illərində baş tutmuşdur . Bu üsulun mahiyyəti uşaqlığın miomasının bütün düyünlərinin qan təchizatının dayandırılmasından ibarətdir ki, bu da düyünlərin məhv olmasına və ölçülərinin azalmasına gətirib çıxarır. Nəticədə xəstələri narahat edən simptomlar yox olur. Uşaqlıq arteriyalarının embolizasiyaının effektivliyi 98-99% təşkil edir. Bu müdaxilə ginekoloq tərəfindən deyil, digər tibb mütəxəssisi – endovaskulyar cərrah (interventional radiologist) tərəfindən həyata keçirilir. Ginekoloqun rolu yalnız xəstənin müayinəsi, göstərişlərin və əks-göstərişlərin müəyyən edilməsi və prosedura hazırlıqla məhdudlaşır. Çox güman ki, məhz elə bu səbəbdən ginekoloqların bir hissəsi çox vaxt bu müalicə üsuluna mövcud olmayan ağırlaşmaları və tətbiqdə məhdudiyyətlər aid edərək, onu könülsüz tövsiyyə edir.
Əslində isə uşaqlıq arteriyalarının embolizasiyası ginekologiyanın ən təhlükəsiz prosedurlarından biridir – istənilən ağırlaşmaların riski digər cərrahi müalicələrdən 20 (!) dəfə azdır. Prosedur yerli anesteziya altında həyata keçirilir (çünki ümumi narkoza ehtiyac yoxdur) və 15-20 dəqiqə çəkir. Prosedur ağrısız və kifayət qədər komfortludur.
Hisslər
Uşaqlıq arteriyalarının embolizasiyası zamanı endovaskulyar cərrah ilk öncə bud dərisinin ağrısızlaşdırılmasını həyata keçirir. Daha sonra bud arteriyasının punksiyası aparılır ki, bu mərhələ artıq tamamilə ağrısız olur. Bud arteriyası vasitəsilə xüsusi kateter daxil edilir, manipulyasiyalar flüoroskopiyanın nəzarəti altında aparılır. Cərrahin qarşısında duran əsas vəzifə - əvvəl birinci uşaqlıq arteriyasına, sonra ikinci uşaqlıq arteriyasına daxil olaraq, mioma düyünlərini qidalandıran damarlara törəmələrə gedən qan axınını bloklaşdıracaq mikrosferaları daxil etməkdir. Bir qayda olaraq, bu mərhələ 10 dəqiqədən artıq vaxt tələb etmir və bütün bədəni bürüyən istilik hissi ilə müşayiət olunur. Prosedur bud arteriyasının punksiyası yerinə xüsusi damarlı plombun qoyulması ilə başa çatır.
Prosedurdan sonra xəstələrdə bir neçə saat ərzində mülayim ağrı sindromu (qarının aşağı hissəsində), ürəkbulanma, halsızlıq müşahidə olunur. Bu vəziyyət axşama qədər davam edir, onun korreksiyası üçün ağrıkəsixi preparatlar istifadə olunur. Uşaqlıq arteriyalarının embolizasiyadan sonrakı gün qarın nahiyəsində ağrılar, halsızlıq və qızdırma qala bilər. Bu vəziyyət “postembolik sindrom” adlanır və 7 günə qədər davam edir.
Stasionarda cəmi bir və ya iki gün keçirilməsi
Bu sindromun axışı kifayət qədər yüngül olduğundan, xəstələr artıq növbəti günün axşamı və ya bir gün sonra stasionardan evə buraxılır. Uşaqlıq arteriyalarının embolizasiyasından sonra reabilitasiya orta hesabla bir həftə təşkil edir.

UAE-dan sonra

Uşaqlıq arteriyalarının embolizasiyasından sonra nəzarət müayinələri 3,6,12 ay sonra həyata keçirilir. Uşaqlıq arteriyalarının embolizasiyasından üç ay sonra ağrılı aybaşılar, qarın nahiyəsinəd ağrılar keçir, qarının ölçüsü azalır, sidik kisəsinə təzyiq hissi yox olur. Düyünlərin ölçüləri orta hesabla 30% azalır, prosedurdan bir il sonra isə düyünlərin reqressiyası 50-70% təşkil edir. Uşaqlıq arteriyalarının embolizasiyasını uşaqlıq miomasının dərmanlarla müalicəsindən fərqləndirən xüsusiyyəti uşaqlıq miomasının düyünlərinin tam məhv olması və onların ölçülərinin azalmasının dönməzliyidir.
Residivlər
Uşaqlıq arteriyalarının embolizasiyasından sonra residivlərin baş verməsi müşahidə olunmur. Bütün müşahidə tarixi ərzində residivlərin tezliyi 1% təşkil etmişdir. Bu fakt gələckdə hamiləlik planlaşdıran xəstələrə uşaqlıq arteriyalarının embolizasiyasını tövsiyyə etməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, hətta 1% hallarda belə, UAE-dən sonra uşaqlıqda qan axını bərpa olunduqda və əlavə embolizasiya proseduru lazım gəldikdə, bizim klinikada bu prosedur pulsuz olaraq həyata keçirilir.

Müalicə üsulları

  • 1

    Onlayn konsultasiya

  • 2

    Müalicənin planlaşdırılması

  • 3

    Səfərin planlaşdırılması

  • 4

    Moskvaya səfər

  • 5

    Müalicədən sonra

Onlayn konsultasiya

İlkin konsultasiya almaq üçün, xahiş olunur, öz tibbi sənədlərinizi assistance@mioma.ru elektron poçt ünvanına göndərin. Öz xəstəlik tarixçənizi ətraflı təsvir etməyiniz xahiş olunur: (mioma diaqnozu ilk dəfə nə vaxt təyin edilmişdir, hansı müalicə artıq aparılmışdır), Yaşınız, şikayətləriniz, yaxın və/və ya uzaq gələcəkdə hamiləliklə bağlı planlarınız, yanaşı gedən xəstəliklər və keçirdiyiniz əməliyyatlar).

Həmçinin, siz USM və MRT nəticələrinin skan olunmuş surətlərini və ya fotoşəkillərini əlavə etməlisiniz (yaxşı olardı ki, DICOM formatındakı müayinə nəticələri üzrə yükləmə keçidini).

İlkin onlayn konsultasiya pulsuz təqdim olunur. Nəticələr 1-3 iş günü ərzində təqdim olunacaqdır.

Müalicənin planlaşdırılması

Həkimlər Sizin xəstəlik tarixinizlə tanış olduqdan sonra, Sizə əvvəlcədən lazımi diaqnostikasını keçmək tövsiyə olunacaq ki, klinikada yerində olmaqla vaxtınıza və pulunuza qənaət edəsiniz. Sizə zəruri müayinələrin siyahısını özündə əks etdirən təlimat göndəriləcəkdir.

Səfərin planlaşdırılması

Biz Moskvaya səfər təşkil etməkdə Sizə kömək edərik (Rusiyaya viza əldə etmək, Moskvada hava limanında qarşılanma və yola salınma, Moskvada yerləşdirilmə, tərcüməçi xidmətləri).

Moskvaya səfər

Gəlişinizdə Sizi hava limanında qarşılayaraq, klinikaya və ya qalacağınız yerə qədər çatdıracağıq, Sizi yerli sim-kartla təmin edərək, Moskvada olduğunuz bütün müddət ərzində Sizin xidmətinizdə olacağıq.

Müalicədən sonra

Müalicədən sonra həkim Sizinlə telefon, elektron poçt, “messenger”, “skayp” vasitəsilə əlaqədə olacaqdır. Bir qayda olaraq, əlavə səfərlər ehtiyac qalmır, yaşayış yeriniz üzrə həkim Sizi müşahidə edir.

Həkimlər

Dmitri Lubnin

Mamalıq və ginekologiya şöbəsinin rəhbəri, tibb elmləri namizədi

Boris Bobrov

Endovaskulyar cərrah, Avropa Klinikasının tibbi direktoru, Tibb Elmləri Namizədi, MBA (Biznes İnzibatçılığı Magistri)

Müalicə üçün sifariş ver

İngilis dilli / rus dilli məsləhətçi

Avropa Klinikası və rusiya tibbi haqqında:

Avropa Klinikası – Moskvanın mərkəzində yerləşən endovaskulyar, endoskopik və laparoskopik cərrahiyyədə, həmçinin ağır onkoloji xəstələrin müalicəsində ixtisaslaşmış özəl klinikadır. Bu, Moskvanın ən komfortlu və keyfiyyətli klinikalarından biridir. Bizim vəzifəmiz – xəstəni münasib qiymətə yüksək keyfiyyətli tibbi yardım və xidmətlə təmin etməkdir. Avropa Klinikasında biz ildə 600 UAE həyata keçirir və Rusiyanın və dünyanın müxtəlif yerlərindən gələn xəstələri qəbul edirik.

Maraqlıdır ki, son illərdə Avropa, Asiya, Şimali və Cənubi Amerikadan olan bir çox xəstələr münasib qiymətə yüksək keyfiyyətli tibbi xidmət əldə etmək məqsədilə Rusiyaya gəlir. Bunun da səbəbləri vardır. Rusiya investorları tibbi sahənin yüksəlişi üçün böyük səylər yönəldir, çünki, təəssüf ki, dövlət xəstəxanalarında xidmət səviyyəsi çox aşağıdır. Səhiyyənin özəl sektoru isə tam fərqlidir. Mokva və onun özəl klinikaları Rusiyanın RF-nin və digər yaxın və uzaq ölkələrin müxtəlif regionlarından olan xəstələrə xidmət baxımından qonaqpərvərliyə və tibbə olan yeni yanaşmasının bariz nümunəsidir. Avropa Klinikasında azinvaziv cərrahiyyənin “Qızıl standartları”, həkimlərin və işçi heyətin müntəzəm işi, servis və hətta interyerləri qərbə qəbul olunmuş standartlara uyğundur.

Hal-hazırda peşəkar dairələrdə tanınmış həkimlərin sayəsində Rusiyanın özəl tibbi səhiyyənin ən nüfuzlu sistemləri arasında yer tutmağa layiqdir, çünki Rusiyanın elm xadimləri hər zaman hər bir sahədə öndə olublar. Və tibb sahəsi də istisna deyildir.

Əsas prinsiplər bunlardır: xəstələrin müalicəsi və müşayiəti sahəsində ən yüksək standartlara riayət etməklə yönümlülük və bütün – həm Rusiya, həm xarici vətəndaşların xidmətlərə bərabər əlçatanlığı. Rusiyanın özəl səhiyyəsi indi başqa ölkələrin vətəndaşları üçün açıq və cəlbedicidir. Bir çox ekspatriant və tibbi turistlər artıq bu imkandan yararlanıblar, çünki yüksək texnoloji əməliyyatların qiyməti qərbi avropa və amerika qiymətlərindən kəskin fərqlənir, bu da Rusiyada müalicəni xüsusi cəlbedici edir.

Rusiya – nəhəng, gözəl bir ölkə və səyahətlər üçün maraqlı məkandır. Rusiyanı özünüz üçün tibbi turizmin bir istiqaməti kimi açmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

Biz stereotipləri sındırmağa, Sizi Avropa Klinikasının yüksək tibbi standartları ilə tanış etməyə və sağlamlığınıza qovuşmağa yardım etməyə şad olarıq, tibbi məsləhətçimizin şəxsi müşayiəti isə Sizə evdəki kimi hiss etdirəcək, bu da müalicədən sonra daha tez reabilitasiyaya kömək edir.

Mükafatlar

Sertifikat geliştirici, Terumo
Doğuş sonrası qanaxmaların dayandırılması üçün UAE tətbiqinə görə “Qabiliyyət” İctimai Mükafatı
Ana olmaq arzusunda olan xəstələr üçün UAE üsulunun işlənib hazırlanmasına görə Rusiya Hökümətinin Mükafatı

Müalicə üçün sifariş ver

İngilis dilli / rus dilli məsləhətçi